“Reuters”: İsrail İrandakı partlayışlarda iştirak etməyib

“Reuters”: İsrail İrandakı partlayışlarda iştirak etməyib
19:00

İsrail İranda baş verən partlayışlarda iştirak etmədiyini bəyan edib.

News365.az xəbər verir ki, bu barədə iki İsrail rəsmisi “Reuters“ agentliyinə açıqlama verib.

Qeyd edək ki, İranın cənub bölgəsində yaşayış binalarında baş verən partlayışlar nəticəsində ölən və xəsarət alanlar var. Yerli medianın məlumatına görə, Bəndər-Abbas şəhərində qeydə alınan partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Əhvaz şəhərində baş verən digər partlayışda isə 4 nəfərin öldüyü bildirilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr xidməti hadisələrin donanma komandiri Əlirza Təngsiriyə qarşı sui-qəsdlə əlaqəli olması ilə bağlı yayılan iddiaları təkzib edib.


Sizin reklam burada
Sizin reklam burada