Yaponiyanın bölgələrinə bu qış mövsümündə düşən qar səbəbindən ən azı 29 nəfər həlak olub, təxminən 300 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
News365.az xəbər verir ki, ən yüksək ölüm halları Niigata prefekturasında baş verib.
Yerli hakimiyyətlərin 29 yanvar məlumatına görə, burada 12 nəfər həlak olub, əlavə olaraq 94 nəfər xəsarət alıb. Ölüm hallarına görə ikinci yerdə Akita prefekturası gəlir; 10 yanvardan 30 yanvara qədər olan dövrdə burada 8 nəfər həyatını itirib və əlavə 79 nəfər yaralanıb.
Hokkaydo adasında isə yerli polis məlumatlarına görə, yanvar ayında 5 nəfər həlak olub.