Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI

Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI
16:45

İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində bəzi tanınmış simalar saxlanılıb.

News365.az xəbər verir ki, keçirilən genişmiqyaslı əməliyyat zamanı tanınmış komediyaçı Hasan Can Kaya, rep ifaçısı Emirhan Çakal və sosial media fenomeni Reynmen də daxil olmaqla ümumilikdə 26 şübhəli saxlanılıb. Hazırda onların barəsində polis idarəsində istintaq tədbirləri davam etdirilir.

İstintaq materiallarında adı keçən, lakin əməliyyat zamanı xaricdə olduqları müəyyən edilən şübhəlilər barəsində prokurorluq tərəfindən saxlanma qərarı çıxarılıb. Saxlanma qərarı verilən şəxslər arasında "YouTuber" Enes Batur, sosial media fenomeni Çağrı Taner, eləcə də Survivor yarışmasının iştirakçıları Nisa Bölükbaşı və Barış Murat Yağcı kimi ictimaiyyətə yaxşı tanış olan simalar da var.

Xaricdə olduqları üçün barələrində saxlanma qərarı çıxarılan 9 nəfərlik siyahı aşağıdakılardır:

- Enes Batur Sungurtekin

- Barış Murat Yağcı

- Ecenaz Üçer

- Kemal Can Parlak

- Çağrı Taner

- Turgut Ekim

- Barbaros Dikmen

- Yaren Alaca

- Nisa Bölükbaşı


Sizin reklam burada
Sizin reklam burada