Pakistanda törədilən hücumlarda 21 nəfər öldürülüb

Pakistanda törədilən hücumlarda 21 nəfər öldürülüb
20:00

Pakistanın Bəlucistan əyalətində separatçıların çoxsaylı hücumlarında mülki şəxslər də daxil olmaqla, 21 nəfər öldürülüb.

News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pakistanın Bəlucistan əyalətindən olan separatçılar bu səhər Pakistanın cənubunda mülki şəxsləri, polis məntəqələrini və hərbi qurğuları hədəf alan onlarla koordinasiyalı hücumun məsuliyyətini öz üzərinə götürüb. Nəticədə 11 mülki şəxs, 10 təhlükəsizlik işçisi öldürülüb.

Səlahiyyətlilər bildiriblər ki, son 48 saat ərzində Bəlucistanda azı 108 yaraqlı öldürülüb, onlardan 67-si şənbə günü qeydə alınıb.



Sizin reklam burada
Sizin reklam burada