ABŞ Ədliyyə Nazirliyi tərəfindən pedofiliya və seks alverində ittiham olunan məşhur maliyyəçi Ceffri Epşteyn haqqında açıqlanan dosyedə Prezident Donald Trampı 13 yaşlı qıza təcavüz etməkdə ittiham edən ifadələr də yer alır.
News365.az xarici KİV-ə istinadəm xəbər verir ki, açıqlanan sənədə görə, zərərçəkmiş ifadə verərək, Trampın ona 13 yaşında ikən təcavüz etdiyini iddia edib.
İddiaçı deyib ki, Trampa qarşı oral seks etməyə məcbur edilib. İfadəyə görə, zərərçəkmiş Trampı dişləyib və vəziyyətə gülüb, Tramp isə onun üzünə yumruq vurub.
Bu arada, “The Independent” qəzeti hesablayıb ki, Epşteyn dosyesinin son nəşrində Trampdan 3000 dəfədən çox bəhs olunub.
Ümumilikdə, cümə günü 2000-dən çox video və 180.000 şəkil daxil olmaqla üç milyon səhifədən çox sənəd yayımlanıb. Bunların sonuncu olması gözlənilir.