"Çelsi"nin sahibinin adı "Epşteyn işi"ndə çəkilir

"Çelsi"nin sahibinin adı "Epşteyn işi"ndə çəkilir
18:45

"Çelsi"nin sahibi Todd Bouli 2011-ci ildə amerikalı maliyyəçi Cefri Epşteynlə iki dəfə görüşüb.

News365.az-ın xəbərinə görə, bu barədə "The Athletic" nəşri "Epşteyn işi" ilə bağlı bu yaxınlarda dərc olunmuş yeni sənədlərə istinadən məlumat yayıb.

Görüşlərin 2011-ci ilin yanvar və sentyabr aylarında baş tutduğu bildirilir. Mənbənin sözlərinə görə, bunu ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan elektron poçtlar sübut edir. Görüşlər zamanı Epşteyn artıq ilk həbs cəzasını çəkmişdi.

Xatırladaq ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə uşaq alveri ittihamı ilə həbs edilmiş və həmin ilin avqust ayında həbsxana kamerasında ölü tapılmışdı. Todd Bouli 2022-ci ilin may ayından bəri "Çelsi" klubunun sahibidir.


Sizin reklam burada
Sizin reklam burada