Türkiyə Xarici İşlər Nazirliyi Kipr adasındakı Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin mandatının uzadılmasına reaksiya verib.
News365.azTürkiyə mediasına istinadən xəbər verir ki, qurum bu barədə bəyanat yayıb.
“BMT Sülhməramlı Qüvvələrinin mandatı uzadıldıqda adadakı iki suveren və bərabərhüquqlu icmadan biri olan Kiprin türk tərəfinin razılığının alınmaması sözügedən təşkilatın müəyyən edilmiş təcrübə və prinsiplərinə ziddir. Vurğulayırıq ki, Sülhməramlı Qüvvələr Şimali Kipr hakimiyyətinin xoşməramlı yanaşması sayəsində Şimali Kipr ərazisində fəaliyyətlərini davam etdirə bilər. Bu fəaliyyətlərin davamı üçün hüquqi çərçivənin yaradılmasının vacibliyini vurğulayırıq. Əgər bu, tez bir zamanda baş verməsə, Şimali Kipr Türk Cümhuriyyəti hakimiyyəti tərəfindən atılan hər hansı bir addım ana vətən və qarant Türkiyə tərəfindən tam dəstəklənəcək. BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu reallığı (adada iki dövlətli həll – red) qəbul etməyə, Kipr türklərinin bərabər beynəlxalq statusa olan hüquqlarını tanımağa və adadakı iki qonşu dövlət arasında sıx əməkdaşlıqla formalaşan, regional sabitliyi, inkişafı və rifahı təşviq edəcək parlaq bir gələcəyə yol açmağa dəvət edirik”, - bəyanatda bildirilib.