Elm sübut edir ki, xoşbəxtliyin bir açarı da düzgün qidalanmaqdadır. A, B12, D, E vitaminləri, yod, maqnezium, kalsium, dəmir, lif və omeqa-3 yağ turşuları kimi faydalı qidalardan istifadə etməklə xoşbəxtlik yolunda vacib addım atmış olursunuz.
Bu cür qidalanma birbaşa beynin "xoşbəxt imkanları" üçün cavabdeh olan üç funksional sahə ilə bağlıdır.
Bu funksiyalardan birincisi diqqəti cəmləmək, düşünmək, planlaşdırmaq, təhlil etmək bacarığıdır. Düşünülmüş və planlaşdırılmış qida sizi daha məmnun və xoşbəxt edir. Amma təsadüfi qəlyanaltılar bu xoşbəxtliyi əlinizdən alır.
İkinci amil emosional tənzimləmədən keçir. Yəni qarşınızdakı qidanı nə qədər iştahla yesəniz, bir o qədər məmnun və şad olacaqsınız.
Üçüncüsü, imkanlarına, dözümlülüyünə, depressiv əhval-ruhiyyənin yatırılmasına cavabdehlikdir. Yəni yemək yeyərkən hər şeyi unudub, qarşındakı nemətlərə fokuslanmalısan.
Bundan başqa xoşbəxtlik üçün bu qaydalara əməl etmək lazımdır:
Qayda 1 - Pəhrizinizdə işlənmiş qidaların miqdarını azaldın. İşlənmiş qidalar və "fast food"lar özündə çoxlu şəkər və duz ehtiva edir. Sonuncunun zərəri haqqında artıq bilirsiniz və şəkər beynin əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən əsas sahələrinə mənfi təsir göstərir.
Qayda 2 - Daha çox meyvə, tərəvəz və tam taxıl yeyin. Bitki mənşəli qidalar asanlıqla xoşbəxtliyin “rekvizitləri” adlandırıla bilən minerallar, vitaminlər və fitonutrientlərdən ibarətdir. Bunlar beyninizin optimal işləməsi üçün çox ehtiyac duyduğu maddələrdir.
Qayda 3 - Daha çox balıq və dəniz məhsulları yeyin. Ancaq ət yeyən adamsınızsa, taxıl yemi deyil, ot yeyən "məhsullar" tapmağa çalışın. Bu ətdə daha çox omeqa-3 yağ turşuları var ki, bu da yeni beyin əlaqələrinin formalaşması üçün zəruridir. İpucu: brauzerin axtarış çubuğuna “orqanik məhsullar” sorğusunu yazın və ya kənddəki qohumlarınızı xatırlayın.
Qayda 4 - Müxtəlifliyə çalışın. Yediyiniz qidaların çeşidi nə qədər geniş olsa, beyniniz bir o qədər faydalı qida və enerji alır.