Stress bədənimizi necə məhv edir? -Həkimdən xəbərdarlıq

Stress bədənimizi necə məhv edir? -Həkimdən xəbərdarlıq
09:57

Bu gün bir çox insanlar, xüsusən də böyük şəhərlərdə məskunlaşanlar özləri də fərqinə varmadan xroniki stress vəziyyətində yaşayırlar. Bununla belə, bu cür vəziyyətin sağlamlığa son dərəcə mənfi təsir göstərdiyini və ciddi xəstəliklərin inkişafına səbəb ola biləcəyini çox adam bilmir. "Gazeta" nəşri bu mövzuda tanınmış psixoterapevt Yuliya Romanenkonun dəyərli fikirlərini dərc edib.

O qeyd edib ki, əsas stress hormonu kortizol sayılır. Bir insan stress və ya narahatlıq hiss etdikdə, bədən kortizol hormonunu buraxaraq buna cavab verir.

"Kortizol və narahatlıq hissi özünü idarə etməyi bacarmayanlar üçün olduqca təhlükəlidir. Bunlar bütün bədən sisteminə təsir edərək, hormonal dəyişikliklərə səbəb olurlar. Bu, zülalların, lipidlərin, hüceyrə DNT-sinin və mühüm reseptorların zədələnməsinə səbəb olur. Hətta deyə bilərəm ki, bədən xroniki iltihablı bir rejimdə yaşamağa başlayır. Müalicə edilməzsə, bu vəziyyət müxtəlif diaqnozlara səbəb ola bilər. Bu, o cümlədən panik və narahatlıq pozğunluqları, hipertoniya, diabet, otoimmün xəstəliklər və hətta insulta da gətirib çıxarar",- psixoterapevt qeyd edib.

Mütəxəssisin fikrincə, bu cür ağır nəticələrin qarşısını almaq üçün sadəcə bir elementar şeyi etmək lazımdır - stressi "keyfiyyətli şəkildə" yaşamağı öyrənin. Bunun üçün gündəlik həyat tərzinizə daxil olan stresə uyğunlaşma tərzinizi dəyişdirməlisiniz.

Tural


Sizin reklam burada
Sizin reklam burada