Stomatoloqlarla bağlı qalmaqallı iddiaya TƏBİB-dən reaksiya

Stomatoloqlarla bağlı qalmaqallı iddiaya TƏBİB-dən reaksiya
27 May 2025 09:27

Bir müddətdir paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.

News365.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində məsələyə münasibət bildirib.

“Stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb”, - deyə, o söyləyib.

V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.

Daha ətraflı süjetdə:



Sizin reklam burada
Sizin reklam burada