“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı News365.az-a açıqlamasında bildirib ki, soyuq hava şəraitinə baxmayaraq, vətəndaşların təbii qazla təminatında hər hansı problem yaşanmaması üçün bütün texniki və operativ tədbirlər öncədən görülüb.
Qeyd edək ki, son günlər ölkə ərazisində hava şəraiti yenidən soyumağa başlayıb. Bu səbəbdən əhali arasında təbii qazla bağlı suallar və narahatlıqlar artıb.
Elvin Basqallı isə əmin edib ki, Azəriqaz bu məsələdə daim ayıq-sayıqdır və hər bir müraciətə çevik reaksiya veriləcək.