Paşinyanın arvadı “soyqırımı“nı yad edərkən təhqir olundu - VİDEO

Paşinyanın arvadı “soyqırımı“nı yad edərkən təhqir olundu  - VİDEO
24 Apr 2024 13:58

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.

News365.az xəbər verir ki, yerli "24news" kanalı ermənilərin baş nazirin həyat yoldaşı Anna Akopyanı təhqir etməsi barədə məlumat yayıb.

Qeyd edilir ki, Akopyan qızı ilə birlikdə Çiçernakaberdi (Uydurma “soyqırımı” abidəsinin olduğu məkan-red.) ziyarət edərkən arzuolunmaz halla rastlaşıb. Əbədi məşəl önündə Anna Akopyanı görən siyasi fəallar  “Nikol, erməni deyil türkdür”, “Nikol, soyqırım”, “Nikol, satqın”, “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirərək qışqır-bağır salıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər