İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə IMNA məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 13:40 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
İnsan itkisi və dağıntılarla bağlı hələlik məlumat verilməyib.