Şok iddia: Bütöv bir briqada itkin düşüb

Şok iddia: Bütöv bir briqada itkin düşüb
09 Apr 2025 12:17

Ukrayna Silahlı Qüvvələrinin (VSU) bütöv bir briqadası Belqorod vilayətinin sərhəd bölgəsində yoxa çıxıb. Bu barədə “Frontovaya ptiçka” Telegram kanalı məlumat yayıb.

Paylaşımda qeyd edilib ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin 141-ci briqadasından gedir.

Telegram kanalının paylaşımında qeyd edilib ki, baş verənlərə görə Ukrayna hakimiyyəti günahkardır. Çünki onlar öz hərbi qüvvələrini yalnız qırğına atırlar.

Aprelin 7-də “Severniy veter” Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Krasnoyarsk rayonu ilə sərhədində qoşunlarının sayını artırmaq cəhdlərini davam etdirdiyini yazmışdı. Telegram kanalının məlumatına görə, Rusiya ordusunun hücum briqadaları Demidovka ətrafının və səpələnmiş düşmən qruplarının gizləndiyi sərhəd meşələrinin təmizlənməsini yekunlaşdırırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada