"Porsche"-dən yeni idman avtomobili -

"Porsche"-dən yeni idman avtomobili -
10:21

Almaniyanın "Porsche" avtomobil istehsalçısı əfsanəvi "911" modelindən daha üst seqmentdə yer alacaq və mərkəzi mühərrik quruluşuna malik yeni idman avtomobilini hazırlayır.

Şirkətin Nyu-Yorkda nümayiş etdirdiyi "Mission S" konsepti brendin gələcək dizayn istiqamətini göstərir və seriyalı modelin anonsunu verir.

Şirkətin rəhbəri Mixael Layters (Michael Leiters) yeni platformanın daxili yanma və hibrid mühərriklər üçün nəzərdə tutulduğunu bildirib.

Tələbatın aşağı olması səbəbindən tam elektrikli versiyanın istehsalı planlaşdırılmır. Əsas güc aqreqatı namizədi kimi V8 mühərriki nəzərdən keçirilir.

Şef-dizayner Tobias Zülmannın (Tobias Sühlmann) rəhbərliyi ilə ərsəyə gələn eksteryerdə "Porsche 911 GT1", "Carrera GT" və "Porsche 928" modellərinin xüsusiyyətləri hiss olunur.

Mühərrik bölməsinin qapağındakı böyük soyutma pərvanəsi isə yarış modeli "Porsche 917"-yə istinad edir.
 

Avtomobildə sabit mərkəzi sensor ekranı yoxdur. Bunun əvəzinə fiziki idarəetmə düymələri, beş dairəvi cihaz göstəricisi və analoq taxometr quraşdırılıb. Smartfon üçün şnursüz maqnit tutacağı nəzərdə tutulub.


"Mission S" brendin yenidən güclü daxili yanma mühərrikləri və hibrid texnologiyalara üstünlük verdiyini nümayiş etdirir. Modellərin əsas istehsalının Tsuffenxauzendəki zavodda həyata keçirilməsi gözlənilir.















Sizin reklam burada
Sizin reklam burada