Şirkətlər əmanətlərini “Unibank“dan geri çəkir - 38 milyon manat azalma

Şirkətlər əmanətlərini “Unibank“dan geri çəkir -  38 milyon manat azalma
17 Apr 2024 20:40

2024-cü ilin birinci rübündə “Unibank”ın depozit portfelinin həcmi 42 milyon manat azalıb.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Belə ki, bankın depozit portfelinin həcmi birinci rübdə 42,44 mln. manat və ya 3,49% azalmaqla 1 mlrd. 173,45 mln. manata düşüb. Bu ilin əvvəlində 1 mlrd. 215,89 mln. manat idi. 

Azalmanın əsas səbəbi şirkətlərin 37,9 milyon manat həcmində əmanəti bankdan geri çəkməsi olub. Nəticədə, bankda hüquqi şəxslərin depozitlərinin ilk rübdə 13,8% azalaraq 274,61 mln. manatdan 236,72 mln. manata enib. 

Paralel olaraq əhali də son üç ayda bankdan 4,55 milyon manat depozitini geri çəkib. Bu da fiziki şəxslərin depozitlərinin ilin əvvəlindəki 941.3 mln. manatdan 936.73 mln. manata enməsinə səbəb olub. 

Bununla belə, ilk rübdə kredit təşkilatları və digər maliyyə institutları banka yerləşdikləri vəsaitlərin həcmini 29.9 mln. manat artıraraq 138.62 mln. manata çatdırıblar.


Youtube kanalımız

Oxşar xəbərlər