Simvolik toyla gündəmə gələn qadın ölüb

Simvolik toyla gündəmə gələn qadın ölüb
11:55

Türkiyənin Çukurova bölgəsində 83 yaşlı Sümbül Topbaş kolluq ərazidə ölü tapılıb.

News365.az türk mediasına istinadən xəbər verir ki, ötən il “gəlinlik geyinmək” arzusu reallaşan və simvolik toyla gündəmə gələn Sümbül Topbaşın meyiti Qarslılar məhəlləsində aşkarlanıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları onun cəsədini Ədliyyə Tibb İdarəsinə təhvil verib.

Topbaşın bir müddət əvvəl qaldığı qocalar evindən hansı səbəbdən ayrıldığı və ölüm səbəbi araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada