Lənkəran sakini Lerik rayonunda meşə zolağında bədbəxt hadisə nəticəsində ölüb.
News365.az xəbər verir ki, hadisə Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.
Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev odun gətirmək üçün meşəyə gedib.
Odun doğrayarkən yaxınlıqdakı iri gövdəli ağacın budağı qırılaraq onun üstünə düşüb.
Nəticədə Ağayev ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, meşədən çıxarılaraq kəndə yaxın əraziyə gətirilib.
Lakin yolsuzluq səbəbindən təcili tibbi yardım hadisə yerinə çata bilməyib və o, həkimlər gələnədək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.