Çanaqqalada meşə yanğını zamanı yanğınsöndürən maşınlar yanıb

Çanaqqalada meşə yanğını zamanı yanğınsöndürən maşınlar yanıb
08 Avq 2025 22:00

Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə yanğın başlayıb.

News365.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə əlaqədar olaraq aeroportun fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.

Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Hadisənin səbəbi məlum deyil.

Qeyd olunub ki, bir yanğınsöndürən maşın yanıb.

Yanğının söndürülməsi üçün əraziyə səkkiz təyyarə, dörd helikopter, 46 sudaşıyan maşın və şəxsi heyət cəlb olunub.


Sizin reklam burada
Sizin reklam burada