Monteneqro XİN başçısı: Sazişin ABŞ-də imzalanması sülhə mühüm töhfədir

Monteneqro XİN başçısı: Sazişin ABŞ-də imzalanması sülhə mühüm töhfədir
16:55

Monteneqro ABŞ-nin yardımı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır.

News365.az-ın məlumatına görə, bunu Monteneqro Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Filip İvanoviç bildirib.

“Bu, sülhə, eləcə də uzunmüddətli regional sabitliyə və firavanlığa mühüm töhfədir. Azərbaycan, Ermənistan və ABŞ liderlərini təbrik edirik”, - İvanoviç sosial media hesabında yazıb.



Sizin reklam burada
Sizin reklam burada