“Tramp sülhün prezidentidir” - Siyarto

“Tramp sülhün prezidentidir” - Siyarto
16:50

“Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır”. 

News365.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki hesabında Macarıstanın xarici işlər naziri Peter Siyarto yazıb.

O, bildirib ki, sülh sazişinin bağlanılmasında Azərbaycan və Ermənistandan sonra növbə Rusiya və Ukraynadır.

Nazir ABŞ Prezidenti Donald Trampı sülhün prezidenti adlandırıb.

“Donald Tramp bir daha sübut etdi ki, o, sülhün prezidentidir. Ümid edirik ki, Azərbaycan-Ermənistandan sonra Rusiya və Ukrayna arasında, daha sonra Pakistan-Hindistan, İran-İsrail müharibələri  də dayandırılacaq”, -deyə Macarıstan XİN rəhbəri əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada