Yevlaxda ağır qəza - 1 ölü, 2 yaralı

Yevlaxda ağır qəza - 1 ölü, 2 yaralı
10:05

Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, ötən gün saat 14 radələrində Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Osmanov Asif Loğman oğlunun idarə etdiyi “Honda CVR” markalı avtomobillərin toqquşması nəticəsində “Honda” markalı avtomobildə olan sərnişin Xəlilova Xuraman Cəfərqulu qızı ölmüş, digər 2 nəfər sərnişinlər Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızının isə yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olmuşlar.

Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.


Sizin reklam burada
Sizin reklam burada