Kenyada Çin vətəndaşı qarışqa oğurluğuna görə cərimələnib.
News365.az xəbər verir ki, çinli
Kenya hava limanında saxlanılıb. Onun yüklərinin içində 2000 dən çox Kraliça
bağça qarışqası aşkarlanıb. Çinli tək olmayıb. Ona bu işdə bir nəfər Kenya vətəndaşı
da kömək edib. Hər iki şəxs oğurlamaq istədiklərləri hər 100 qarışqaya görə 77
dollar cərimələnib.
Son dövrlərdə Kraliça bağça qarışqalarının avropa
ölkələrində məşhurlaşması və bəzi insanların onları ev heyvanı kimi alıb
saxlması bu növ həşaratlara tələbatı artırıb. Avropada onlar baha qiymətə
satılır.
Keniyada ilk dəfə deyil ki, qarışqa oğurluğunu cəhd
edilir. Ötən il ölkədən minlərlə qarışqa çıxarmaq istəyən 4 nəfər şəxs külli
miqdarda cərimə olunmuş və bir il müddətinə həbs edilmişdi.