ABŞ-nin Nyu-Meksiko ştatındakı "Holloman" Hərbi Hava Qüvvələrinin bazasında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Xəbərə görə, hadisə yerli vaxtla saat 17:30 radələrində (Bakı vaxtı ilə saat 04:30 - red.) baş verib. Zərərçəkənə tibbi yardım göstərilib.
Qeyd olunub ki, hazırda hərbi obyekt üçün heç bir təhlükə yoxdur. Hadisənin iştirakçıları və səbəbi barədə hələlik heç bir məlumat verilməyib.