İran Prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.
News365.az xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.
"Əli Laricaninin ölümü son dərəcə kədərli hadisədir. İranın məsum, lakin fədakar müdafiəçilərinin qanına bulaşan hər kəsdən amansız qisas alacağıq. Onun qanı yerdə qalmayacaq", - deyə Pezeşkian bildirib.