İbrahim Əhmədov departament direktoru təyin edildi - FOTO

İbrahim Əhmədov departament direktoru təyin edildi - FOTO
18 Mar 2026 11:35

"Azərpoçt"da yeni kadr təyinatı həyata keçirilib.

News365.az Valyuta.az-a istinadən xəbər verir ki, İbrahim Əhmədov "Azərpoçt" MMC-də Müştəri dəstəyi departamentinin direktoru vəzifəsinə təyin edilib.

İ.Əhmədov bundan əvvəl, 2024-2026-cı illərdə "Azərpoçt"da Müştəri xidmətləri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2014-2024-cü illərdə "Azərcell Telecom"da Bakı müştəri dəstək xətti üzrə komanda nümayəndəsi, Təlim bölməsi üzrə mütəxəssis, Müştəri və rəqəmsal dəstək komandası rəhbəri vəzifələrini icra edib.

O, 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində informasiya və riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə 2022-ci ilin noyabr ayından etibarən Atatürk Universitetində biznesin idarə edilməsi üzrə bakalavr proqramında təhsilini davam etdirir.

İbrahim Əhmədov departament direktoru təyin edildi - FOTO


Sizin reklam burada
Sizin reklam burada