Bir sıra dövlətlərdə tətbiq olunan ödəniş əsasında müddətli həqiqi hərbi xidmətdən azadedilmə modelinin Azərbaycanda da formalaşdırılması ilə bağlı təkliflər səsləndirilir.
News365.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu məsələ ilə bağlı maraqlı dairələr var və dəfələrlə müzakirə olunan məsələdir:
O qeyd edib: “Dünyada gedən bugünkü proseslər, ətrafımızda baş verən hadisələr və Azərbaycanın coğrafi, geosiyasi mövqeyi, apardığımız siyasət hələ ki bu məsələnin qəbul olunması üçün əlverişli, münasib deyil. Təki dünyamızda, bölgəmizdə əmin-amanlıq olsun, dayanıqlı sülh yaransın, cənub və şimalda gedən müharibə prosesləri dayansın… Bölgəmizdə və ətrafımızda tam təhlükəsiz mühit yaransın, yəqin, Azərbaycan da bu məsələlərə gələcəkdə baxa bilər. Hələ ki, bu, Azərbaycan üçün məqbul hesab olunmur”.