Kuba prezidentindən sərt mesaj

Kuba prezidentindən sərt mesaj
09:08

"Kuba üçün ən pis ssenaridə belə istənilən xarici təcavüzkar müqavimətlə üzləşəcək".

News365.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel "X" hesabında yazıb. O bildirib ki, Amerika Birləşmiş Ştatları Kubanı, demək olar ki, hər gün açıq şəkildə konstitusiya quruluşunu zorla devirməklə təhdid edir.

"Onlar ölkəni, onun sərvətlərini, əmlakını və hətta iqtisadiyyatını ələ keçirmək niyyətindədirlər və planlarını elan edirlər, onları boğmağa və tabe etməyə çalışırlar. Bütün xalqa qarşı kollektiv cəza kimi başlayan qəddar iqtisadi müharibəni izah etməyin yeganə yolu budur. Ən pis ssenari qarşısında Kubanın bir əminliyi var: istənilən xarici təcavüzkar qarşısıalınmaz müqavimətlə qarşılaşacaq", - deyə dövlət başçısı qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada