Shaka-Dvipa: qədim Hind xəritələrində Azərbaycan- FOTO
Təhlil
09:05
Hər zaman Azərbaycanı qədim xəritələrdə axtaranda Qərb yaxud Yaxın Şərq mənbələrinə müraciət edirik. Bu səfər isə Uzaq Şərqə səfər edək.
Sizlərə qeyri adi bir əşya və xəritə təqdim edirəm. Bunu 1370-ci ildə Hindistanın məşhur astronomu və riyaziyyatçısı olan Mahendra Suri və Raghuvajit hazırlayıb.
Onlar bunu Dehli sultanı Firuz Şah Tuğlakın sarayında hazırlayıb. Hind alimləri bu cihazları hazırlayarkən Azərbaycanın Marağa rəsədxanasında yaradılmış ulduz cədvəllərindən (Zic-i İlhani) istifadə ediblər.
Dairəvi xəritədə, yəni Sapta Dvipa sistemində Azərbaycanın olduğu bölgə Shaka-dvipa, Saka adası kimi qeyd olunub.Bu xəritənin izahında qeyd olunur ki, Shaka-dvipada Günəşə və Oda sitayiş edən "Maq"lar yaşayır.Hind mənbələri təsdiq edir ki, bu "ada" uzaq şimal-qərbdə yerləşir və cəsur döyüşçülərin yurdudur.
Hindlilər Shaka-dvipanı həm də "Günəş və Odun mərkəzi" sayırdılar. Onlar inanırdılar ki, ən güclü kahinlər — Maga-Brahminlər məhz buradan gəlib.Hind mənbələrindən biri, Bhavishya Purana dəqiq qeyd edir ki, Hindistana astronomiya və günəş təqvimi elmini gətirən kahinlər məhz Shaka-dvipadan, Azərbaycan-Saka bölgəsindən gəlmişlər.
Bu metal lövhənin üzərində Sanskrit hərfləri ilə mühüm şəhərlərin kordinatları yazılıb. Cihazın arxasındakı cədvəldə Təbrizin en dairəsi 38° olaraq Sanskrit rəqəmləri ilə həkk olunub.Marağa şəhəri 37° kordinatında qeyd edilib.Şirvan bölgəsinin mərkəzi kimi Şamaxının kordinatları yer alır.
Hind alimləri bəzən öz yerli meridianları ilə yanaşı, Marağanın meridianını da əsas götürürdülər. Hind mətnlərində Azərbaycanın daxil olduğu "Shaka-dvipa" bölgəsi xəstəliklərin olmadığı, insanların yalnız həqiqəti danışdığı və mənəvi ucalığa çatdığı bir diyar kimi təsvir olunur.
Burada Azərbaycan siyasi deyil, elmi bir nəhəng kimi təsvir olunub. Hind alimləri üçün dünya kordinatlarını təyin edən ən dəqiq yer məhz Azərbaycanın elmi mərkəzləri idi.
Bu sənədlərdə Azərbaycanın adı keçdiyi halda, Ermənistan kimi bir kordinat nöqtəsinin olmaması həmin dövrdə regionun yeganə elmi və siyasi sahibi kimi Azərbaycan olmasını göstərir.