Ayağında qanaxma olan məktəb işçisi öldü

Ayağında qanaxma olan məktəb işçisi öldü
15:33

Qubada 34 yaşlı kişi ayağındakı qanaxmadan ölüb.

News365.az xəbər verir ki, Quba şəhər 4 saylı məktəb-liseyin texniki işçisi 1992- ci il təvəllüdlü Qanyulov Abdul İsmayıl oğlu qəfil vəfat edib.

Bildirilib ki, şəkərli diabetdən əziyyət çəkən 34 yaşlı şəxsin ayağında açıq yara olub. Martın 26-da yarada qanaxma olub və vaxtında tibbi yardım göstərilmədiyindən o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada