Türkiyə və Azərbaycan media sahəsində qardaşlıq və ittifaqı inkişaf etdirəcəyik - Cihangir İşbilir

Türkiyə və Azərbaycan media sahəsində qardaşlıq və ittifaqı inkişaf etdirəcəyik - Cihangir İşbilir
13:12

Türkiyə və Azərbaycan arasında media və kommunikasiya sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində mühüm addım atılıb.

News365.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir rəsmi sosial media hesabında etdiyi paylaşımla "Türkiyə-Azərbaycan Birgə Media Platforması"nın fəaliyyətində yeni mərhələyə keçildiyini elan edib.

Müşavirin bildirdiyinə görə, tərəflər arasında imzalanan Anlaşma Memorandumu ilə iki ölkə arasında media sahəsində konkret və güclü bir əməkdaşlıq mexanizmi formalaşdırılıb. Bu yeni mexanizm sadəcə niyyət xarakteri daşımır, həm də rəqəmsal media, informasiya mübadiləsi, birgə layihələrin icrası və dezinformasiya ilə mübarizə kimi sahələrdə daha koordinasiyalı və effektiv fəaliyyəti təmin edəcək.

Cihangir İşbilir paylaşımında bu addımın həm Türkiyə, həm də Azərbaycan üçün xeyirli olmasını arzulayaraq, bu əməkdaşlığın təməl prinsipini vurğulayıb:

"Məqsədimiz, hamılıqla qardaşlıq, ittifaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün çalışmaqdır."

Bu xəbər, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyinin media və informasiya cəbhəsində də daha da möhkəmləndiyini və "bir millət, iki dövlət" prinsipinin media müstəvisində də real iş birliyinə çevrildiyini nümayiş etdirir.


Sizin reklam burada
Sizin reklam burada