Naxçıvanda bayram günlərində 12 nəfər qidadan zəhərlənib

Naxçıvanda bayram günlərində 12 nəfər qidadan zəhərlənib
14:27

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan MR "Yoluxucu Xəstəliklər Mərkəzindən  verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.


Sizin reklam burada
Sizin reklam burada