Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı
15:17

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb.

News365.az Trend-ə istinadən xəbər verir ki, Uitkoff dünyada bir çox böyük liderlik nümunəsi olduğunu və bir çox gənc liderlərin dünya üçün ümid mənbəyi ola biləcəyini bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.

"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff bildirib.


Sizin reklam burada
Sizin reklam burada