Sezar salatı Yuli Sezarın adıyla bağlı deyilmiş

Sezar salatı Yuli Sezarın adıyla bağlı deyilmiş
19 Dek 2023 22:41

Bilinənin əksinə Sezar salatı Yuli Sezarın adıyla bağlı deyil. 

Sezar salatının Yuli Sezar tərəfindən yaradılması ilə bağlı əfsanələr var, amma bu məlumat doğru deyil.

Sezar salatı 1920-ci illərin əvvəlində Meksikanın Tijuana şəhərindəki bir restoranda italiyan aşpaz Sezar Kardini tərəfindən icad edilib. Kardininin dediyinə görə, restoranın müştərilərlə dolu olduğu bir gündə mətbəxdə az məhsul qalıbmış: kahı, zeytun yağı, yumurta, suxari, pendir, "worcestershire" sousu.

Aşpaz bunları birləşdirir və ortaya məşhur sezar salatı çıxır. İlk öncə bu salat əllə yemək üçün nəzərdə tutulub. Kahı ilə götürüb sousa batırılıb əllə yeyirlərmiş. Sonra bu salat sürətlə populyarlaşmağa və bütün dünyada hazırlanmağa başlanılıb. Qəşəng icaddır, çox sağol, Kardini!


Sizin reklam burada
Sizin reklam burada