Jurnalist Rumkiyyə Miraslan feysbuk səhifəsində maraqlı pöpaylaşım edib.
News365.az xəbər verir ki, o, qadına olan haqsızlıqlardan yazıb:
"Evindəkini döy, söy, təhqir elə, alçalt, xəyanət elə, öldür, başını kəs, balkondan itələ, ölüsünə belə böthan at, ləkə yax, işdəkinə yuxarıdan aşağı bax, məqam düşdükcə başından əz, savadı, bacarığı, qabiliyyəti səndən üstündü deyə yerini tutar qorxusu ilə badalaq gəl, məqam düşdü-düşmədi gözdən salmağa çalış, qarşında sınmır deyə çörəyinə bais ol, balasının boğazını kəs, küçələrini təmizləyənin başına zibilini tulla, əyilib süpürəndə ələ sal, maşınla vurub meyitini ortada qoyub qaç, belindən dünyaya gələnin qız doğulduğu üçün həyatını zindan elə, mal kimi bazara çıxart, özün kimi nanəcibin birinə satıb ömürlük bədbəxt elə, satdığın da başqalarına “satıb” nar.otik pulunu ödəsin və s…
8 martda da yadına düşsün ki, bu gün qadınlar bayramıdı… ölüm olsun belə bayrama da, qadınlığa da…
Qadını elə yaşat, elə sev, elə sahib çıx, elə qoru, elə dəyər ver, elə qabağa çək, elə yolunu aç, elə şərait yarat ki, hər gün bayramı olsun, hər gün özünü dəyərli, qiymətli, əvəzsiz hiss eləsin, oturub sevgilinə aldığın maşının ƏDV-si ilə ona bir dəstə gül, uzağı bir ətir alacağın günü həsrətlə gözləməsin…