"Şərqi Avropa orduları zəifdir, Rusiya istədiyini edə bilər"- Elçin Alıoğlu

"Şərqi Avropa orduları zəifdir, Rusiya istədiyini edə bilər"- Elçin Alıoğlu
10:33

Qərbi və Şərqi Avropa ölkələrinin mövcud vəziyyəti oxşardır və hərbi xərclərin artırılması, sosial xərclərin azaldılması onların maraqlarına uyğun deyil.

Bu fikirləri politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri müharibəyə birbaşa qoşulmaq əvəzinə, maliyyə dəstəyi ilə proseslərdə iştirak etməyə üstünlük verirlər:

“Tarixdə Bizans İmperiyası da muzdlu döyüşçülərlə müharibə aparırdı. Ancaq pul hesabına müharibələr başlasa da, qələbə qazanmaq mümkün deyil”.

Politoloq qeyd edib ki, Şərqi Avropa ölkələrinin müdafiə qabiliyyəti ciddi çatışmazlıqlarla üz-üzədir:
“Almaniya ordusunda orta yaş 24-dür, halbuki 21 olmalıdır. Rumıniya ordusunda şəxsi heyət çatışmazlığı 62 faizdir. Polşa ordusunun döyüş hazırlığı isə çox zəifdir. Çünki onların son hərbi əməliyyatı 2001-ci ildə Əfqanıstanda olub. 24 ildir Polşa ordusu real döyüş təcrübəsinə malik deyil”.

Alıoğlunun sözlərinə görə, İsveçdən Rumıniyaya qədər uzanan geniş perimetrdə Rusiya istədiyi addımı ata bilər:
“Bu səbəbdən Moskva hazırkı siyasi oyunda öz ‘stavkalarını’ dəfələrlə artırmaq imkanına sahibdir”.


Sizin reklam burada
Sizin reklam burada