Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği AZALIR?

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği AZALIR?
09:10

“Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında çox maraqlı məqamlar var. İmkan olduqca, daha önəmli məqamlara ayrı-ayrılıqda toxunacam”.

Bunu News365.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hələlik ən diqqətçəkən məsələ Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2025-ci ilə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azalmasıdır. Belə ki, bu il büdcəyə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq.

Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq. Hər halda, bu dəfəki transfert həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir. Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər. Və bu ehtimal yüksəkdir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada