Türkiyə kəşfiyyatının rəhbəri Suriya prezidenti ilə suriyalıların könüllü qayıdışını müzakirə edib

Türkiyə kəşfiyyatının rəhbəri Suriya prezidenti ilə suriyalıların könüllü qayıdışını müzakirə edib
17 Sen 2025 22:45

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriya prezidenti Əhməd əş-Şaara ilə suriyalıların könüllü qayıdışını müzakirə edib.

News365.az Suriyanın paytaxtı Dəməşqdə səfərdə olan Kalın prezident əş-Şaara ilə görüşüb. 

Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və suriyalı qaçqınların könüllü qayıdışı kimi məsələlər müzakirə olunub. 

Kalın, Türkiyənin Suriya hökumətinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada