"Şerlok Holms"da şiş aşkarlanıb

"Şerlok Holms"da şiş aşkarlanıb
19 Mar 2025 10:20

Məşhur aktyor Vasili Livanov medikamentoz komadan sonra xeyli arıqlayıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.


Kanalın paylaşımında qeyd edilib ki, həkimlər antibiotiklərə davamlı bakterial infeksiya ilə mübarizə aparmaq üçün Livanovu tibbi səbəbli komaya salıblar. Sənətçidə xərçəngə bənzəyən şübhəli şiş də aşkarlanıb. Hazırda həkimlər aktyorun müalicəsini davam etdirirlər. Onlar məşhura zülal pəhrizi yazıblar ki, daha tez sağalsın.


"Həkimlər mütəmadi olaraq Livanovun sağlamlığına nəzarət etmək üçün onun evində olurlar. Aktyor loqopedlə də işləyir və nitqini bərpa edir", - paylaşımda yazılıb.

Qeyd edək ki, yanvarın 29-da 89 yaşlı Vasili Livanovun xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdı. Aktyorun həyat yoldaşı Yelena sənətçinin beyin qan dövranı pozğunluğuna görə xəstəxanaya yerləşdirildiyini bildirib.

Livanova populyarlığı İqor Maslennikovun "Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri" (1979-1986) serialındakı Şerlok Holms rolu qazandırıb.

Bundan başqa, Vasili Livanovun (Yuri Entin ilə birlikdə) ssenarisi əsasında “Bremen şəhərinin musiqiçiləri” (1969) cizgi filmi rus animasiyasının klassikinə çevrilib. Tamaşaçıların istəyi ilə onun davamı olan “Bremen şəhər musiqiçilərinin izi ilə” (1972) filmi, 2001-ci ildə isə “Yeni Bremen şəhər musiqiçiləri” filmi ekranlara çıxıb. Livanov "Uşaq və Karlson" (1968), "Karlson qayıtdı" (1970) cizgi filmlərində Karlsonu, Timsah Gena və Çeburaşka haqqında cizgi filmləri silsiləsində Timsah Genanı (1969-1983), "38 tutuquşu" filmində Boanı və ekranlara çıxmış digər 300 filmin personajını səsləndirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada