Separatçıların sonuncu "prezidenti" də həbsə gedir?

Separatçıların sonuncu "prezidenti" də həbsə gedir?
10:10

Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş separatçı rejimin keçmiş və sonuncu "prezidenti" Samvel Şahramanyanın başı üzərində qara buludlar dolaşır. Bu barədə yerli media məlumat yayıb. "Mamul" nəşri separatçı siyasətçinin vəkili Roman Yeritsyana istinadən yazıb ki, iyunun 23-də Şahramanynın dindirilməsi prosesi başa çatıb.


“Bundan əvvəl də qeyd etdiyim kimi, 2023-cü il sentyabrın 19-da baş vermiş hadisələrə ictimai marağın böyük olmasını, beşinci "prezident" Samvel Şahramanyanın dindirilməsi ilə bağlı yayılan məlumatları, onun ətrafında dolaşan yalan şayiələri, onların təcili həllinin zəruriliyini, eləcə də daimi çalınan həyəcan siqnallarını nəzərə alaraq, növbəti günlərdə müxtəlif KİV-lərdə səslənən iddia və fikirlərlə bağlı bağlı müxtəlif mətbuat konfransları təşkil edəcəyik”,- Yeritsyan qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə yerli media Samvelin də həbs olunacağı barədə məlumatlar yaymışdı. O İstintaq Komitəsinə çağrılaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilir. İstintaq orqanı 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi tarixi antiterror əməliyyatı zamanı rəsmi səhlənkarlıq faktlarını və sursatların itirilməsi məsələlərini araşdırır. İş qondarma rejimin "Təhlükəsizlik Şurasının" keçmiş katibi Samvel Babayanın hesabatı əsasında başlanıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada