Məşhur müğənni-aktrisa Selena Qomez adını milyarderlər
siyahısına yazmağı bacarıb.
News365.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat
yayıb.
Bildirilib ki, Qomez biznesindən 1,3 milyard dollar sərvət
qazanıb. Bu onun qazancının 80%-dən çoxunu təşkil edir. O, gəlirinin 1 faizi
rol aldığı "Eyni binada qətllər" serialından, 4,8%-i konsertlərdən,
1,8%-ni isə albom satışlarından əldə edib. (Axşam.az)