Türkiyədə 293 nəfər saxlanılıb - Narkotikə görə

Türkiyədə 293 nəfər saxlanılıb - Narkotikə görə
18 Sen 2024 17:08

Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində keçirdiyi əməliyyatlar zamanı 293 narkotik şübhəlisini saxlayıb. 

News365.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

"Narkoçelik-39" adlanan əməliyyatların 44 vilayətdə aparıldığını bildirən nazirin sözlərinə görə, əməliyyatlar çərçivəsində təhlükəsizlik qüvvələri 470 kq narkotik və 4,94 milyondan çox narkotik həb ələ keçirib.

Əli Yerlikaya bildirib ki, qanunsuz narkotik tacirlərinin tranzit məntəqəsi kimi istifadə etdiyi Türkiyə ötən ildən narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirib. 



Youtube kanalımız

Oxşar xəbərlər