Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub

Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
18 Sen 2024 16:53

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

News365.az xəbər verir ki, məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.

Xatırladaq ki, FTX qoşunu Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib.


Youtube kanalımız

Oxşar xəbərlər