Finlandiya Rusiyanın BMT-dən uzaqlaşdırılmasını təklif edir

Finlandiya Rusiyanın BMT-dən uzaqlaşdırılmasını təklif edir
18 Sen 2024 16:05

Finlandiya prezidenti Aleksandr Stubb diqqət çəkən təkliflər irəli sürüb. O, Reuters-ə müsahibəsində Rusiyadan danışıb.

Stubb Rusiyanın BMT-də veto hüququnu ləğv etməyi təklif edib. Buna səbəb Kreml qüvvələrinin Ukraynaya hücumu göstərilib.

Eyni zamanda bu qeyri-qanuni müharibədə iştirak edən digər təşkilat üzvlərinin üzvlüyü də dayandırılmalıdır. Beləcə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. 

Stubb təşəbbüsünü gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında açıqlamağı planlaşdırdığını söyləyib. Tədbirdə Təhlükəsizlik Şurasının tərkibi müzakirə olunacaq.

Bundan əlavə, Finlandiya lideri Latın Amerikasından biri, Afrikadan iki və Asiyadan iki olmaqla daimi üzvlərin sayını 5-dən 10-a çatdırmağı təklif edir.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər