Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub

Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:20

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

News365.az xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.


Sizin reklam burada
Sizin reklam burada