Deputat: Dini dözümlülük vacib prinsipdir

Deputat: Dini dözümlülük vacib prinsipdir
12:30

Dünyada texnologiyanın inkişafına baxmayaraq, dini icmalar, konfesiyalar və dinlər arasında dialoqun olmaması bu inkişafı çətinləşdirir və barışın möhkəmləndirilməsi üçün dini dözümlülüyün təmin olunması vacibdir.

News365.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisində İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” adlı panel müzakirədə səsləndirilib.

Onun sözlərinə görə, dini dözümsüzlük və bir-birinin inanclarını qəbul etməmək müharibələrin əsas səbəblərindən biridir və buna görə də dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi önəm daşıyır.

Fazil Mustafa qeyd edib ki, demokratik dövlətlər vətəndaşların dini azadlıqlarına hörmət etməli, bütün dinlərə bərabər münasibət sərgiləməlidir. Dövlət yalnız insan hüquqlarına zidd olan dini inanclar qarşısında hüquqi normaları tətbiq edə bilər.

O bildirib ki, hər kəs öz dini seçimini sərbəst şəkildə yaşaya bilməli və başqalarına zorla tətbiq etməməlidir. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqi prinsiplər bu yanaşmanı təmin edir.

Deputat vurğulayıb ki, ölkəmizdə keçirilən tədbirlər dini barışı, dözümlülüyü və insan hüquqlarının qorunmasını gücləndirir, həm yerli, həm də qardaş ölkələrdən gələn nümayəndələr arasında təcrübə mübadiləsi üçün imkan yaradır.


Sizin reklam burada
Sizin reklam burada