Xalqla ucalan LİDER

Xalqla ucalan LİDER
09:12

İlham Əliyev tarixdə çox az rast gəlinən liderlərdəndir ki, o xalqı ilə birgə yüksəlir. Bir siyasi lider kimi onun bütün uğurları Azərbaycan xalqının və Azərbaycan dövlətinin gücünə güc qatır. Prezident İlham Əliyev təkcə bir ölkənin lideri deyil, həm də bir azərbaycanlıların dünyada başıca yaşamasına zəmin yaradan bir şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan XXI əsrin güclənən, öz sözünü deyən dövlətinə çevrildi. Bu dönüş təkcə siyasi nailiyyətlərlə deyil, xalqın özünə inamı ilə ölçülür.

Yaxın keçmişdə Biləcəridən o tərəfdə keçənlərin çoxu azərbaycanlı olduğunu gizlədirdi. Hərə özünü bir xalqın nümayəndəsi kimi təqdim edirdi. Çünki uzun illər davam edən erməni işğalı və adekvat addımların olmaması insanları dili gödək eləmişdi. Lakin indi vəziyyət 180 dərəcə dəyişib.  Əgər əvvəllər azərbaycanlılar xaricdə özünü tanıdarkən ehtiyat edirdisə, bu gün fəxrlə deyirlər:

“Mən azərbaycanlıyam!”

Çünki İlham Əliyev bu azərbaycanlılara güc, qürur və hörmət qazandırdı. 2020-ci ilin payızında əldə edilən Qarabağ zəfəri ilə azərbaycanlılar uzun illər boynu bükük gəzdikləri bir ədalətsizliyi tarixə gömdülər. Bu qələbə ilə Azərbaycan təkcə torpağını yox, həm də heysiyyətini geri aldı. O gündən azərbaycanlı dünyanın harasında yaşasa da, qalib xalqın nümayəndəsi kimi görünür.

İlham Əliyev bu illər ərzində sübut etdi ki, xalqın şərəfini qoruya bilən lider xalqını da ucalda bilər. Bu gün Azərbaycan pasportu sərhədləri aşan etibar, azərbaycanlı adı isə dünyada yüksələn dəyərdir.

İslam və Türk dünyası tarixinə yazılan şanlı səhifə

İlham Əliyev öz qətiyyəti və uğurları ilə təkcə azərbaycanlılara deyil, bütün Türk dünyasına və hətta İslam aləminə baş ucalığı gətirir. Nəzərə alaq ki, tarix boyu müsəlman və xristian dövlətləri arasında çoxsaylı müharibələr baş versə də, son 200 il ərzində siyasi və hərbi reallıqlar çox vaxt xristian dövlətlərin üstünlüyü ilə nəticələnmişdir. Xüsusilə Rusiya, Fransa, İngiltərə və digər Qərb dövlətlərinin güclənməsi fonunda müsəlman coğrafiyası bir çox hallarda məğlub mövqedə qalıb.

Amma Azərbaycan, 2020-ci ildə tarixdə bəlkə də ilk dəfə müstəqil, müasir bir müsəlman dövləti olaraq, işğalçı və xristian bir dövlətə – Ermənistana qarşı müharibədə qalib gəldi. Bu, yalnız hərbi yox, həm də siyasi, mənəvi və geosiyasi bir qələbə idi.

Hər kəs bilir ki, Ermənistan 30 il ərzində beynəlxalq güclərin siyasi və hərbi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlamışdı.Lakin İlham Əliyev 44 günlük müharibənin sonunda qlobal gücləri dizə gətirdi. Və Qarabağ problemini üzərlərinə götürən ATƏT Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanı pat vəziyyətinə saldı.

Bu, tarixdə nadir hadisədir. Bir müsəlman dövləti öz gücü ilə, xristian dövlətini işğal etdiyi torpaqlardan çıxarmağa müvəffəq oldu.Nəticədə Azərbaycan regionda həm hərbi, həm diplomatik baxımdan yeni güc mərkəzinə çevrildi.  Müsəlman və Türk dünyası üçün nümunə oldu – haqqın, sabitliyin və milli birliyin gücünü nümayiş etdirdi.

Eyni zamanda İlham Əliyev son 5 ildə Türk dünyasının dirçəlişini stimullaşdırdı – Qarabağ zəfəri təkcə Azərbaycan üçün deyil, bütün türk və islam aləmi üçün qürur mənbəyinə çevrildi.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan göstərdi ki, ədalətli savaş aparan, xalqına arxalanan və milli ruhla ayağa qalxan bir xalq, istənilən gücə qarşı qalib gələ bilər.

Daha kimlər azərbaycanlı olmaları ilə fəxr edir?

Təbii ki, Azərbaycanın artan gücü və nüfuzu ölkəmiə iqtisadi-siyasi dividentlərlə yanaşı mənəvi qazanc gətirdi. Bu gün təkcə Azərbaycanda yaşayanlar yox, dünyanın müxtəlif ölkələrində yaşayan insanlar Azərbaycanlı olmaları ilə fəxr etməyə başladılar.

Tək bir faktı deyək ki, bir vaxtlar Türkiyədə yaşayan bir çox fenomenlər azərbaycanlı kökənli olduqlarını gizlədirdilər. Amma bu gün Türkan Şoraydan tutmuş Acun İlacıya qədər hər kəs fəxrlə söyləyirlər:

“Əslimiz Azərbaycandan gəlmədir”

Həmin fenomenlər təkcə soy köklərini etiraf etmirlər, həm də onlarda olan müsbət keyfiyyətlərini azərbaycanlı olmaları ilə bağlayırlar. Adını çəkdiyimiz Türkan Şoray gözəlliyini, Acun İlacı isə gec qocalmasını belə azərbaycanlı olmaları ilə əsaslandırırlar.

Bu da təbii haldır. Hər kəs qüdrətli və qətiyyətli dövlətin təmsilçisi olmaq istəyir.

Türk dünyasına siyasi yanaşma və prioritetlər

Məlumdur ki, qloballaşan dünyada regional birliyin formalaşması yalnız iqtisadi deyil, eyni zamanda mədəni, tarixi və siyasi yaxınlıq zəmnində baş verir. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi bu mənada xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev türkdilli ölkələr arasında inteqrasiyanın inkişafında önəmli rol oynayır, bu sahədə liderlik keyfiyyətləri ilə seçilir. Onun rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan türk dünyasında etibarlı tərəfdaş və nüfuzlu aktora çevrilir

İlham Əliyevin xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi əsas istiqamətlərdən biridir. Bu siyasət "bir millət, iki dövlət" ideologiyası ilə başladığı halda, zaman keçdikcə "türk dünyasının birliyi" konsepsiyası ilə genişlənirr. Onun çıxışlarında Türk Dövlətləri Təşkilatının inteqrasiyanı dərinləşdirmək üçün mühüm platforma olduğu dəfələrlə vurğulanıb.

Azərbaycanın türkdilli ölkələrlə iqtisadi əməkdaşlığı, xüsusilə enerji və nəqliyyat sektorlarında əhəmiyyətli dərəcədə genişlənir. İlham Əliyevin təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və Orta Dəhliz kimi layihələrə dəstək verilib, bu layihələr türkdilli dövlətlərin Avropa və Asiya arasında körpü funksiyasını icra etməsinə imkan yaradıb.

Zəngəzur dəhlizi layihəsi isə türk dünyasının coğrafi inteqrasiyasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini də gücləndirəcəkdir. İlham Əliyev bu layihəni təsadüfi deyil ki, "Türk dünyasının qlobal inteqrasiyasının əsas dayağı" kimi təqdim edir.

Bir sözlə, İlham Əliyev təkcə Azərbaycanın dövlət başçısı deyil, həm də türk dünyasının gələcək inkişafında strateji liderlik missiyasını daşıyan siyasi fiqurdur. Onun fəaliyyəti regional sabitliyin qorunması, türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi və birliyin praktik əsaslar üzərində qurulması üçün əhəmiyyətli rol oynayır. Müasir dövrün çağırışları fonunda İlham Əliyevin siyasi irsi və liderlik təcrübəsi türk dövlətləri üçün strateji yol xəritəsi kimi qəbul edilə bilər.

Təbii ki, İlham Əliyevin qətiyyəti və prinsipiallığı hesabın bu gün Avropa Türk dövlətlərindən iqtisadi cəhətdən asılılığa düşür. Çünki Avropanın enerji təhlükəsizliyində Azərbaycanın və digər Türk dövlətlərinin xüsusi payı var. Bu isə siyasi güc və nüfuz deməkdir. Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili özünün Facebook hesabında etdiyi paylaşımda bunu çox obrazlı ifadə edib:
“İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və bütün digərlərinə nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevsə bu gün etiraf edib ki, Azərbaycan regional güc kimi çox mühüm rol oynayır.

Bütün bunlar bir daha sübut edir ki, İlham Əliyev dünyada nüfuzlu lider, Azərbaycansa regional güc kimi qəbul edilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada