Sayı bilinməyən əsgər məzarlarının görüntüləri yayıldı - VİDEO

Sayı bilinməyən əsgər məzarlarının görüntüləri yayıldı - VİDEO
14:20

Rusiyalı hərbi müxbir Çingiz Dambiyev özünün Telegram kanalında diqqət çəkən paylaşım edib. O, Çerniqovda basdırılmış ukraynalı əsgərlərə aid böyük bir xiyabanın videosunu yayıb.


Kadrlarda çoxlu sayda ukraynalı əsgərlərin qəbri və məzarlar üzərində dalğalanan bayraqlar əks olunub.


Xatırladaq ki, aprelin 13-də “Na samom dele v Xarkove” Telegram kanalı da oxşar video yaymışdı. Görüntülərdə Xarkovdakı nəhəng hərbi qəbiristanlıq əks olunub. Paylaşımın müəllifləri qeyd ediblər ki, Ukraynada müharibə başlayanda qəbiristanlıqda cəmi üç zolaq olub. İndi isə bütün ərazini hətta quş baxışı məsafəsindən də çəkmək çətindir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada