1 gündə 2 edam! - ABŞ-da nələr baş verir? - VİDEO

1 gündə 2 edam! - ABŞ-da nələr baş verir? - VİDEO
21 May 2025 20:15

ABŞ-də bir gündə iki məhbusun edam cəzası icra edilib.

News365.az xəbər verir ki, bunlardan biri Texas, digəri isə Indiana ştatında həyata keçirilib. Metyu Li Conson 2012-ci ildə 76 yaşlı Nensi Harrisi mağazada diri-diri yandırdırıb öldürdüyünə görə edam edilib. O, hadisə zamanı narkotik maddələrin təsiri altında olduğunu deyib. 49 yaşlı Conson ölümündən əvvəl çıxışında mərhumun ailəsindən üzr istəyib və axirətdə görüşmək istədiyini bildirib. Bu 2025-ci ildə Texasda həyata keçirilən dördüncü edam olub. Eyni gün Indiananın Michigan City şəhərində isə 45 yaşlı Benjamin Ritçlə bağlı ölüm hökmü yerinə yetirilib. O, 2000-ci ildə Biç Qrou şəhərində polis Bill Tonini qətlə yetirib. Ritçinin hüquqşünasları onun beyin zədəsi və Fetal Alkol Sindromundan əziyyət çəkdiyini əsas gətirərək cəzanın ləğvini istəyiblər. Lakin ştatın rəsmiləri bu müraciəti rədd ediblər. Bu, Indianada 2009-cu ildən sonra həyata keçirilən ikinci edam olub. Edamlar ABŞ-da ölüm cəzasının tətbiqi ilə bağlı müzakirələri və hüquqi mübahisələri daha da gücləndirib. Hüquq müdafiəçiləri və insan haqları təşkilatları hər iki hadisənin ardınca ölüm hökmünün etik və hüquqi əsaslarını yenidən gündəmə gətiriblər.




Sizin reklam burada
Sizin reklam burada