Sumqayıtda polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxlayıb.
News365.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birindən naməlum şəxsin alış-veriş edən zaman kassaya 100 manat saxta pul əskinası verməsi barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.